09 
Yan
2021
12:24
758

Yaşayış evində partlayış baş verdi - 4 nəfər yaralandı

Dünən Xelvaçauridə iki mərtəbəli yaşayış evində partlayış baş verib, dörd nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, partlayış evin bir hissəsini dağıdıb.

İlkin məlumata görə, partlayışa təbii qaz sızması səbəb olub.

“İkinci mərtəbədə partlayış oldu, evin bir hissəsi dağıldı. İkinci mərtəbə kirayə verilmişdi. Qəza zamanı ev sahibi də daxil olmaqla dörd nəfər olub. Hamısı klinikaya çatdırılıb",- deyə qonşular bildiriliblər.

Məlumata görə, partlayış nəticəsində bir qadın və Surmanidze ailəsinin qonağı olan Türkiyə vətəndaşı hələ də klinikadadadır. O, "Biemsi" klinikasında müalicə olunur və vəziyyəti ağırdır. Xəstəxanadan ağır vəziyyətdə olan xəstənin travmatik şok və yanıq xəsarəti ilə qəbul edildiyini və çox güman ki, yanıq mərkəzinə aparılacağını bildiriblər.

Qadına gəlincə, qonşuların dediyinə görə, həyatı üçün təhlükə olmasa da, yanıq ilə birlikdə ayağında qırıq var.

Yaralılar arasında bir yanğınsöndürən də var. Təcili Yardım Xidmətindən verilən məlumata görə, o, artıq klinikanı tərk edib.

Yaralılardan birinin vəziyyəti yüngül olub. Həkimlərin köməyinə ehtiyac duymayıb. Ekspertlər-kriminalistlər hələ də hadisə yerindədirlər.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin elektrik və ya istilikdən istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın