12 
Mar
2020
09:45
673

ABŞ-ın 24 ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Arizona ştatında yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə ştatın qubernatoru Daq Dyusi bəyan edib.

Bununla da, Amerikada koronavirusla bağlı fövqəladə vəziyyətin elan edildiyi ştatların sayı 24-ə çatıb.

Qubernator sığorta şirkətlərinə yeni koronavirusun təyini ilə bağlı analizlərin xərclərini tam qarşılamağı tapşırıb:

“Ştatda yalnız 9 nəfər koronavirusa yoluxub. Yeni yoluxanların aşkarlanacağını hesab edirik və buna görə riskə getmək fikrində deyilik”.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir ki, ökədə yeni koronavirusa 1 162 nəfər yoluxub. Onlardan 37 nəfəri ölüb.

Koronavirusa yoluxma hallarının ən çoxu Vaşinqton (267) və Nyu-York (173) şəhərlərində qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər