08 
Yan
2021
22:42
3994

200 lari üçün necə qeydiyyat olunur? - VİDEO

Gəlirlər Xidməti, 200 GEL təzminatın verilməsi barədə video təlimat yayımlayıb.

InterPress.ge xəbər verir ki, video altı ay ərzində hər ay 200 lari təzminat almaq hüququna kimlərin sahib olduğu və təzminat üçün müraciətin necə doldurulacağı ilə maraqlananlar üçün nəzərdə tutulub.

Eyni zamanda, Gəlirlər Xidmətindən bildirildiyinə görə, 2020-ci ilin yanvarından 2020-ci ilin noyabrı da daxil olmaqla, hər hansı iki və ya daha çox ay işləyən və bu müddət ərzində əmək haqqı alanlar və 2020-ci ilin dekabrından 2021-ci ilin fevralı da daxil olmaqla bir və ya daha çox ay maaş almayanlar altı ay 200 lari təzminatından yararlana biləcəklər. 200 GEL təzminatı almaq hüququna koronavirusun yayılma dövründə zərər görən işçi malikdir.

200 GEL yardım almaq üçün kompaniya nümayəndələri Gəlirlər Xidmətinin Vətəndaşlara Xidmət Mərkəzlərini ziyarət etmədən onlayn şəkildə https://eservices.rs.ge portalından müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın