Ekaterine Tikaradze: "Fevral ayında "Kovaks" platformasından müəyyən miqdarda peyvənd gözləyirik"
"Fevral ayında Kovaks platformasından Gürcüstan üçün müəyyən miqdarda peyvənd gözləyirik".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze bildirib.
Onun sözlərinə görə, koronavirus peyvəndinin ilk partiyası həssas qruplara paylanacaq.
"Kovaks platforması ilə əməkdaşlıq edirik, hansı ki, ölkə tərəfindən mütləq peyvəndlə əlaqədar plan təqdimi tələb edir. Dünya Səhiyyə Təşkilatı və Kovaks platforması üçün plan təqdim etmişik. İntensiv danışıqlarımız var, bu da fevral ayında Kovaks platformasından Gürcüstan üçün müəyyən miqdarda peyvənd gözlədiyimizi nəzərdə tutur və ən çox risk altında olan həssas qruplara paylanacaq",- dedi Tikaradze.
Ekaterine Tikaradze, jurnalistlərlə söhbət zamanı Patriarxın katibi-referenti Şorena Tetruaşvilinin infeksiyaya yoluxmasına da münasibət bildirib.
“Bu komponentdə bütün təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir, buna görə də patriarxın təhlükəsizliyini təmin etmək üçün intensiv testlər aparmaq planımız olacaq. Əlavə məlumat hələlik alınmayıb, ancaq məlumat olan kimi onu ictimaiyyətə açıqlayacağıq", - dedi nazir.
O, Penitensiar müəssisədə koronavirus infeksiyası hallarının aşkarlanmasına da münasibət bildirib.
“Koronavirusun bu vaxta qədər həbsxanalarda aşkarlanmaması Ədliyyə Nazirliyi və tabeliyində olanlar tərəfindən həyata keçirilən səmərəli rəhbərliyin nəticəsidir. Viruslu məhkumların təcrid olunmasına dair tövsiyələrimiz var. Həbsxanalarda infeksiya hallarının yayılmasının qarşısını almaq üçün intensiv testlər aparılır", - dedi Səhiyyə naziri Ekaterine Tikaradze.


