08 
Yan
2021
19:31
4272

100 lari sosial yardım hansı qruplara aiddir və necə verilir...

"Ailədə 16 yaşınadək üç və ya daha çox uşağı olan 0-dan 100.000 baladək olan bütün vətəndaşlarımız, altı ay ərzində hər ay 100 lari dəstək alacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Naziri Qiorqi Qaxaria, İdarələrarası Koordinasiya Şurasının iş iclasında bildirib.

Baş nazirin dediyinə görə, ən başlıca olan şey vətəndaşların köməyi ən qısa müddətdə və vaxtında almasıdır.

"65.000-100.000 bal arasında olan, sosial cəhətdən həssas olan bütün vətəndaşlarımız, altı ay ərzində hər ay 100 lari yardım alacaq. Ayrıca, ailəsində 16 yaşınadək üç və ya daha çox uşağı olan 0-dan 100 000 baladək olan bütün vətəndaşlarımıza da altı ay ərzində hər ay 100 lari yardım alacaq. Bununla yanaşı 18 yaşınadək olan əlillərə və ağır əlillərə altı ay ərzində hər ay 100 lari yardım veriləcək. Bu sosial dəstək portfelinin büdcəsi təxminən 610 milyon laridir", - deyə Baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın