08 
Yan
2021
11:28
1490

Qoca kişi maskalı şəxslər tərəfindən döyülərək qarət edildi

Abaşa Bələdiyyəsinin Ketilari kəndində Milad gecəsi soyğun baş verib.

InterPress.ge-nin məlumatına görə, 500 lari oğurlanıb.

Məlumata görə, 81 yaşlı kişi silahlı maskalı şəxslər tərəfindən ağır şəkildə döyülüb və çoxsaylı xəsarətlər yetirilib. Soyğunçular hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyi hadisəni Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə araşdırır.

Bizimlə əlaqə saxlayın