InterPress.ge xəbər verir ki, Sputnik-abxaziya bu barədə yazıb.
Xilasetmə xidmətindən verilən məlumata görə, yanğın evlərdən 150 metr məsafədədir.
3 yanğınsöndürən maşını və 11 yanğınsöndürən hadisə yerində çalışır.
Səlahiyyətli orqanlardan bildirildiyinə görə, zəruri hallarda əhali evakuasiya ediləcək, lakin buna hələ ehtiyac yoxdur.
Yanğının nə qədər əraziyə yayıldığı haqda məlumat hələ dəqiqləşdirilməyib.
