08 
Yan
2021
10:52
555

Daxili İşlər Nazirliyi dələduzluq ittihamı ilə 1 nəfəri saxladı

Tbilisi Polis Şöbəsinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində, hakimin qərarına əsasən, 1990-cı il təvəllüdlü V.M-nı qrup halında keçirilmiş külli miqdarda dələduzluq ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.

"İstintaq 1991-ci il təvəllüdlü Q.R-nın bu il oktyabrın 25-də şifahi razılaşma əsasında Toyota Prius markalı avtomobilini təqsirləndirilən V.M və 1987-ci il təvəllüdlü T.B-ya təhvil verdiyini müəyyənləşdirdi. Bundan sonra adı çəkilən şəxslər avtomobilin müxtəlif hissələrini çıxarıb özgəninkiləşdirdilər.

Polis, kompleks istintaq tədbirləri nəticəsində V.M-nı bu il yanvarın 4-də, 1987-ci il təvəllüdlü T.B-nı isə 20 Noyabr 2020-ci ildə Tbilisidə saxladı.

Polis, hissələrə ayrılmış avtomobili Tbilisidə Ğvareli küçəsində tapdı və sübut kimi götürdü.

Davam edən istintaq zamanı, T.B və V.M.-nın oxşar saxta sxem ilə digər vətəndaşlara məxsus avtomobilləri mənimsədiyi də müəyyən edildi, onlardan beş nəqliyyat vasitəsi istintaq tərəfindən görülərək ələ keçirildi.

Cinayət ən çox 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur", - deyə Daxili İşlər məlumatında bildirilib.

Qurumdan verilən məlumata görə, digər nəqliyyat vasitələrinin yerini müəyyənləşdirmək və sübut kimi götürmək üçün istintaq tədbirləri davam etdirilir.

İstintaq, Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və eyni maddənin 3-cü hissəsinin "b" bəndinə əsasən aparılır.

Bizimlə əlaqə saxlayın