07 
Yan
2021
22:07
1110

Poniçalada razılıq əldə olundu və aksiya sona çatdı

Paytaxt Tbilisinin Poniçala qəsəbəsinin sakinləri Rustavi-Tbilisi magistral yolunu bağlayaraq etiraz aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, sakinlər bir müddət sonra yolu açaraq aksiyanı yekunlaşdırıblar.

Etirazçıların aksiyanı keçirmələrinə səbəb Poniçalada 1200-ə qədər ailəyə üç gündür təbii qazın və iki gündən artıqdır ki, elektiriyin verilməməsi olub.

Sakinlərə vəd olunub ki, bu axşam sizin evlərinizə təbii qaz və işıq veriləcək. Bundan sonra isə etirazçılar aksiyanı dayandıraraq yekunlaşdırıblar.

Sakinlərin verdikləri məlumata görə, hal-hazırda qazın və işığın verilməsi bərpa olunub. Onlar bildirirlər ki, qaz gün ərzində qısa bir müddət verilir və kəsilir, işıq isə gedib-gəlir.

Elektrik şirkətindən sakinlərə bildiriblər ki, bu problem sabah həll olunacaq. Sakinlər isə problemin həll olunmayacaqı təqdirdə aksiyaya davam edəcəklərini bildirirlər.

Bizimlə əlaqə saxlayın