07 
Yan
2021
21:34
377

Kobaxidze: "İstər raund, istər də fərdi məsləhətləşmə şəklində olsun, hər cür müzakirəyə hazırıq"

"İstər raund, istər də fərdi məsləhətləşmə şəklində olsun, hər cür müzakirəyə hazırıq".

InterPress.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri İrakli Kobaxidze iqtidar və müxalifət arasındakı danışıqlarla əlaqədar açıqlama verib.

Onun sözlərinə görə, hakim komanda parlamentdə mümkün qədər çox partiyanın olması üçün əlindən gələni edəcək.

“İlk növbədə diplomatlar, səfirlər ilə məsləhətləşmələr aparacağıq. Ümumi mövqenin necə olacağına dair gələcək addımları müəyyənləşdirmək üçün onlarla məsləhətləşməliyik. İstər raund, istər də fərdi məsləhətləşmələr şəkilində olsun, hər cür müzakirəyə tamamilə hazırıq. Bizim vəzifəmiz Gürcüstan parlamentində daha çox partiyanın iştirakını təmin etməkdir. Biz tərəfdən bunun üçün hər şey ediləcək, ancaq qarşı tərəfdən də konstruktiv yanaşma vacibdir",- dedi Kobaxidze.

Bizimlə əlaqə saxlayın