07 
Yan
2021
11:56
732

Gürcüstanda doqquz ərazidə yanğın davam edir

Ölkə daxilində doqquz yerdə meşə və çöl yanğınları qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Təcili İdarəetmə Xidmətindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidməti 350 yanğınsöndürən heyəti, 40 vahidədək yanğın-xilasetmə avadanlığı və sərhəd polisi helikopteri ilə davamlı iş rejimindədir.

"Raca-Leçxumi Kvemo Svanetidə sərhəd polisi helikopteri səhərdən bəri yanğınsöndürmə əməliyyatlarında iştirak edir. Oni, Onçevi kəndi və Cola yaxınlığında işlərinə davam edirlər. Yanğınsöndürənlər Oni, Sakao kəndi, Çaqeri, Çkumi kəndi, Lailaşi və Zaraqulada lokalizasiya işlərini davam etdirirlər.

Raca-Leçxumi, Kvemo Svanetinin hər beş yanğın yerində də meşənin alt örtüyünü yanır, meşə massivi və əhali təhlükə altında deyil. Vəziyyət tamamilə nəzarət altındadır. Xilasetmə qrupları Sameqrelo-Zemo Svanetidə lokalizasiya işlərini davam etdirirlər.

Meşənin alt örtüyü və ekalbard yanır - Qvarada, Mukava kəndində, Calengixada, Skuri kəndində və Çxorocğuridə, Napiçxavo kəndində. Hal-hazırda güclü tüstü yalnız Skuri də müşahidə olunur, buna da yarpaq yanması səbəb olur, vəziyyət nəzarət altındadır.

Digər iki yanğın ocağında bir neçə nöqtə qalıb. Bu mərhələdə Şida Kartlidə helokopteri cəlb etmək lazım deyil, ancaq hazırdır və lazım olsa işlərdə iştirak edəcəkdir.

Kaspidə, Rkoni dərəsində yanğın yaşayış məntəqəsindən 11 kilometr aralıdadır. Yanğınsöndürmə avadanlığı yanğın yerinə gətirilib və yanğınsöndürənlər lokalizasiya işlərini davam etdirirlər.

Yanvarın 4-dən bu yana Təcili Yardım Xidmətinə çöl və meşə yanğınları barədə 257 məlumat daxil olub, bunlardan 248-i ləğv edilib", - deyə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidməti əhalini çöllərdə və əkin sahələrində ot yandırmaqdan çəkinməyə çağırır.

“Gürcüstanın qərbində güclü külək və quru hava var ki, bu da yanğınsöndürənlərə yanğının aradan qaldırılmasına mane olur. Çöldə və əkin sahələrində otların yandırılması yanğınların həm yaşayış evlərinə, həm də meşələrə yayılmasına səbəb ola bilər",- deyə Fövqəladə Hallar İdarəetmə Agentliyindən verilən istinadən məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın