07 
Yan
2021
11:32
1926

Qardabanidən Aygül İsayeva Azərbaycan Prezidentinə müraciət etdi

Gürcüstan Respublikasının Qardabani şəhərindən iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

InterPress.ge xəbər verir ki, müraciətdə deyilir:

“Qarabağımızı işğaldan azad etməklə 2020-ci ili tarixin ən gözəl ili etdiyiniz, Azərbaycanı qalib, regionda lider dövlətə çevirdiyiniz, həmçinin dünya azərbaycanlılarına zəfər yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Gürcüstan azərbaycanlıları 44 gün ərzində Sizdən kənd, rayon və şəhərlərimizin bir-bir azad edilməsi müjdəsini böyük həyəcan və sevinc göz yaşları içərisində qarşılayırdı.

Sizin göstərişinizə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfindən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildim.

Sizin bu diqqət və qayğınızı ürəkdən alqışlayırıq. Sizi əmin edirik ki, bundan sonra da birlikdə və böyük əzmlə Azərbaycan naminə mənəvi borc hesab etdiyimiz işlərimizi davam etdirəcəyik.

Sizə bir daha dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, xüsusilə də Gürcüstan azərbaycanlılarını daim diqqətinizdə saxladığınıza görə səmimi qəlbdən təşəkkür edirəm, möhkəm cansağlığı arzu edirəm”.

Bizimlə əlaqə saxlayın