07 
Yan
2021
11:27
514

İki gündür ki, Kaspi bələdiyyəsində baş verən yanğınla mübarizə aparılır

Ardıcıl ikinci gündür ki, Kaspi Bələdiyyəsinin Rkoni kəndi yaxınlığındakı meşədə baş verən yanğınla mübarizə aparılır.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar idarəsindən məlumat verilib.

Çətin relyef səbəbindən ərazidə işləmə prosesi çətindir. 45 yanğınsöndürən yanğını söndürməyə çalışır.

Fövqəladə Hallar Xidmətindən bildirildiyinə görə, lokalizasiya işləri aparılır və bu mərhələdə yanğının söndürülməsi prosesinə helikopterin cəlb olunmasına ehtiyac yoxdur.

Məlumat üçün bildirək ki, Dünən Rkoni meşəsində yanğın baş verib. Yanğının yataq yerləri qəsəbədən on kilometr aralıdadır.

Bizimlə əlaqə saxlayın