07 
Yan
2021
11:12
1185

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1612 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 235 491 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 419 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 223 695 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 28 nəfər ölüb və ölənlərin ümumi sayı 2 694 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 15 492 test aparılmışdır. Bunlardan 9084-ü sürətli antigen testi, 6 408-sı isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər