Gürcüstanda qardaş qardaşı bıçaqlayaraq öldürdü
Daxili İşlər Nazirliyinin Tbilisi İstintaq Baş İdarəsinin əməkdaşları isti təqib ilə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı ilə əlaqədar 1999-cu il təvəllüdlü Q.A-nı saxlayıblar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
“İstintaq təqsirləndirilən şəxsin - 2001-ci il təvəllüdlü M.A-nı mübahisə zəminində soyuq silahdan istifadə edərək bədəninə yara vurduğunu müəyyənləşdirdi. Yaralı gənci təcili yardım qrupu xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını - bıçağı sübut kimi götürüblər.
Ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima, 108 maddəsi ilə araşdırılır.
Cinayət ən çox 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur”,- deyə bildirilib açıqlamada.


