06 
Yan
2021
13:37
695

Nazir müavini koronavirus peyvəndi ilə bağlı açıqlama verdi

"Ölkənin koronavirusa qarşı peyvənd alması üçün bir sıra prosedurlardan keçilməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabuna bildirib.

Onun sözlərinə görə, hazırda koronavirus peyvəndinin tətbiqi üçün plan hazırlanır və peyvəndin alınması üçün bütün lazımi addımlar atılacaq.

"Ölkənin peyvənd, hətta bir doza belə olsa alması üçün keçilməsi gərəkən bir sıra prosedurlar var, bu o qədər də asanlıqla baş vermir. Namizəd peyvəndlərinə gəldikdə, bu gün Pfizer peyvəndi, Moderna peyvəndi və Astrazeneka peyvəndi olan üç aşıyı da qəbul etmək imkanını nəzərdən keçiririk. Peyvəndin tətbiqi planı hazırlanır, düşünürəm ki, gələn həftənin sonuna qədər rəsmiləşdiriləcək və peyvənd almaq üçün keçməli olduğumuz bütün mərhələlər ölkəyə uyğun olaraq həyata keçiriləcək.

Peyvənd üçün prioritet qruplar Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq müəyyən edilir. Yaşlı nəsil, bildiyiniz kimi, ən yüksək risk qrupudur. Birinci prioritet yaşlı insanlardır, sonra digər yaş qruplarıdır”, - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər