Gürcüstanda koronavirusla bağlı son statistika
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1800 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 233 879 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 489 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 223 276 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 20 nəfər ölüb və ölənlərin ümumi sayı 2 666 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 14 839 test aparılmışdır. Bunlardan 8253-ü sürətli antigen testi, 6586-sı isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


