06 
Yan
2021
08:22
423

Bələdiyyələrdə baş verən yanğınlar hava şəraiti səbəbindən güclənir

Oni və Çaqeri bələdiyyələrində yanğın davam edir.

InterPress.ge xəbər verir ki, Ambrolauri, Oni, Çaqeri, Lentexi və Mestia majoritar millət vəkili Qoça Enukidze bu barədə məlumat yayıb.

"Onçevi kəndində baş verən yanğın Tsoli, Çkumi və Tabori meşələrində kolları, quru yarpaqları və qarışıq bitkiləri əhatə edib.

Yerli yanğınsöndürmə qrupları yanğın söndürmə işlərinə cəlb olunub, lakin güclü külək vəziyyəti çətinləşdirir və yanğının yeni yerlərə yayılmasına zəmin yaradır.

İlkin məlumata görə, yanğının yayılma sahəsi Onidə 5 hektar, Çaqeri bələdiyyəsində 15 hektardan çoxdur.

Yerli hakimiyyət orqanları ilə sıx ünsiyyətdəyəm. Məndə olan məlumata görə, yanğınlar əsasən maşınla çatmaq çətin olan yerlərdə yayıldığı üçün yanğınsöndürənlərlə yanaşı yerli əhali də yanğının söndürülməsində iştirak edirlər. Hadisə tamamilə hava şəraitinin sabitliyindən asılıdır. Qaranlıq da çətinliyi artırır.

Vəziyyətin pisləşməsi halında, yanğının aradan qaldırılması işlərinə digər əlavə avadanlıqlar da cəlb ediləcəkdir.

Əhalini yanğının həm insan, həm də maddi ziyanından qaçınmaq üçün diqqətli olmağa çağırıram",- deyə bildirdi Qoça Enukidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər