Gürcüstanda yaşayan xarici vətəndaşların nəzərinə!
Xarici vətəndaşların Gürcüstandan deportasiya edilməsini tənzimləyən qanun maddəsinin qüvvəyə minməsi yenidən təxirə salınıb.
InterPress.ge xəbər verir ki, qanunun bu maddəsi pandemiya səbəbindən 1 yanvar 2021-ci il tarixinədək dayandırılmışdı.
Qanunun bu maddəsinə görə, "Daxili İşlər Nazirliyi, xarici vətandaşın Gürcüstandan çıxarılması üçün əsas tapdıqdan sonra 10 iş günü müddətində Gürcüstandan çıxarılması məsələsini nüzakirə edəcək və qanuna uyğun olaraq, xarici vətəndaşın Gürcüstandan deportasiyası da daxil olmaqla müvafiq qərar qəbul edəcək."
Əcnəbinin Gürcüstandan çıxarılması üçün bu müddətin [10 gün] yenidən hesablanması 1 iyul 2021-ci ildən başlayacaq.
Lakin bu, Nazirliyin Miqrasiya Departamentinin müvəqqəti yerləşmə mərkəzinə yerləşdirilmiş əcnəbilərə aid deyil, hansı ki, bu müəssisəyə Gürcüstandan müəyyən məqsədlə yerləşdirilmişdir; Həmçinin Gürcüstanın quru sərhədi olan və sərnişin quru / dəniz nəqliyyatı və ya müntəzəm sərnişin hava nəqliyyatı və / və ya nizamsız [çoxsaylı çarter] uçuşları mümkün olan ölkənin vətəndaşlarına aid deyil.
Daxili İşlər Nazirinin yeni qərarına əsasən, Gürcüstandan deportasiya qərarı çıxarılan və 2020-ci il martın 14-dək [10 gündən 30 günə qədər] ölkəni könüllü olaraq tərk etmək üçün vaxtı keçməmiş əcnəbinin, 2021-ci il iyulun 1-dən etibarən könüllü müddətinin yenidən hesablanması tələb olunur.
Analoji olaraq, Gürcüstandan deportasiya edilməsi barədə qərar çıxarılmış və 2020-ci il martın 14-dək [10-30 gün] müddətində Gürcüstanı könüllü olaraq tərk etmək üçün vaxtı keçmiş və ölkəni tərk etməmiş əcnəbinin 2021-ci il 1 iyuldan deportasiya müddətinin yenidən hesablanmasına başlanılacaq. [Deportasiya barədə icra qərarı, könüllü tərk etmə vaxtının bitməsindən sonra 15 gün ərzində qanunla icra edilməlidir].
Bu halda da, əgər deportasiya ediləcək şəxsi qəbul edəcək ölkə ilə Gürcüstanın quru sərhədi varsa və quru, dəniz və ya müntəzəm sərnişin hava nəqliyyatı varsa, tarixlər yenidən hesablanmayacaq.
Daxili İşlər Nazirinin qərarına əsasən, 14 mart 2020-ci il tarixinədək Gürcüstanda qanuni olaraq yaşayan və pandemiya səbəbi ilə ölkəni tərk edə bilməyən əcnəbilərin də 1 iyul 2021-ci il tarixinədək Gürcüstanda qalmaq hüququ var.


