05 
Yan
2021
21:49
745

Gürcüstan Parlamenti əfv haqqında qanun layihəsini ikinci dinləyişdə təsdiqlədi

Gürcüstan Parlamenti əfv haqqında qanun layihəsini ikinci dinləyişdə təsdiqləyib.

InterPress.ge xəbər verir ki, qanun layihəsinin 86 tərəfdarı olub və heç kim əleyhinə olmayıb.

Qanun layihəsinə görə, ictimai təhlükə dərəcəsi nəzərə alınaraq birdəfəlik, müvəqqəti və xüsusi tədbir olaraq, 2020-ci il dekabrın 11-nə qədər cinayət törətmiş şəxslər Gürcüstan Cinayət Məcəlləsi ilə müəyyən cinayətlərdə təqsirləndirilən və məhkum olunan şəxslər cinayət məsuliyyətindən və cəzadan azad olunurlar.

Eyni zamanda, Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayət törətməkdə günahlandırılan, habelə ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər, 20 il müddətinə azadlıqdan məhrum ediləcəklər.

Parlament çoxluğunun lideri İrakli Kobaxidzenin sözlərinə görə, "Əfv haqqında" qanun 1000-dən çox məhkuma şamil ediləcək.

Bizimlə əlaqə saxlayın