05 
Yan
2021
14:30
6011

Komendant saatı müvəqqəti qaldırılır - Nazir müavini bununla bağlı əhaliyə çağırış etdi

"Milad bayramına həmçinin kilsədəki izdiham və qonaqpərvərlik bağlıdır, hamısı risk gətirəndir. Bir daha əhalini fərdi qoruyucu vasitələri unutmamağa və qonaqpərvərlikdən çəkinməyə çağırmaq istəyirik".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia İdarələrarası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bəyan edib.

Onun sözlərinə görə, Xəstəliklərə Nəzarət Mərkəzi artıq bir neçə həftədir ki, din xidmətçiləri üçün test təklifi layihəsinə başlayıb.

“Milad günü, daha bir elan edilmiş məhdudiyyətin 6 yanvar gecəsi qaldırılacağını bilirsiniz. Milad həm də kilsədəki izdiham və qonaqpərvərliklə əlaqələndirilir, hamısı risk gətirəndir. Bir daha əhalini fərdi qoruyucu vasitələri unutmamağa və qonaqpərvərlikdən çəkinməyə çağırırıq. Artıq bir neçə həftədir ki, Xəstəliklərə Nəzarət Mərkəzi din xidmətçiləri üçün test təklifi layihəsinə başlayıb. Kiçik bir şübhə varsa, vaxtında müəyyən edilməli və bu şəxs xidmətdə iştirak etməməlidir. Bu, aparılan bir profilaktik tədbirdir və bu proses bir neçə həftədir ki, davam edir”,- qeyd etdi Tamar Qabunia.

Qeyd edək ki, Kordinasiya Şurasının qərarına əsasən, 6 yanvar gecə saat 21:00-dan, 7 yanvar səhər saat 5:00-dək hərəkət məhdudiyyəti qüvvədə olmayacaq.

Bizimlə əlaqə saxlayın