Parlamentin iclasına müxalifətin nümayəndələri də qatıldılar
Parlamentin növbədən kənar sessiyasının bu günki plenar iclasına müxalifətin nümayəndələri də qoşuldular.
InterPress.ge məlumat verir ki, Prosedur Məsələləri və Qaydaları Komitəsi bu gün Gela Mikadze, Pridon İnciya və David Zilpimianinin deputat səlahiyyətini tanıyıb.
Qeyd olunan məsələni sesverməyə komitə “Vətənpərvərlər Aliyansının” liderləri İrma İnaşvili, Giorgi Lomaiya və Qoça Tevdoradze deputat mandatından imtina etdikdən sonra qoyub. Gela Mikadze, Pridon İnciya və David Zilpimiani Parlamentdə məhz onların əvəzediciləri idilər.
Qeyd edək ki, “Vətənpərvərlər Aliyansı” Parlament seçkilərində dörd mandat qazanıb. İrma İnaşvili, Giorgi Lomaiya və Qoça Tevdoradze Parlamentə daxil olmaqdan imtina etdilər. Onların deputat səlahiyyətləri dayandırıldı. Partiya tərəfindən əldə olunan dördüncü mandata gəldikdə, “Vətənpərvərlər Aliyansının” siyasının dördüncü nömrəsi, Avtandil Enukidze bəyan etdi ki, deputat mandatından imtina etməyi planşdırmır və Parlamentə daxil olacaq.


