05 
Yan
2021
13:32
2011

Yanvar ayının 16-dan məhdudiyyətlərin yumşaldılması nədən aslıdır? - AÇIQLAMA

"Önümüzdəki iki həftə, tənzimləmələrin asanlaşdırılmasının infeksiyanın artmasına səbəb olub olmadığını ortaya qoyacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini Tamar Qabunia deyib.

Nazir müavininin Hökümət Administrasiyasında keçirdiyi brifinqdə qeyd etdiyinə görə, məhdudiyyətlərin 16 yanvar tarixindən etibarən yumuşaldılması məhz bundan asılıdır.

“Hələlik 16 yanvardan sonra məhdudiyyətlərin yumuşaldılması barədə açıqlanan sxem qüvvədə qalır. Ancaq bundan əvvəl iki həftəni keçməliyik və bu iki həftə 24 dekabr - 2 yanvar tarixləri arasında məhdudiyyətlərin yumşaldılmasının yoluxmaların artmasına səbəb olub-olmadığını görmək baxımından əhəmiyyətli olacaq. Səhiyyə sisteminə daha çox yüklənmə baxımından risk və səhiyyə sektoruna ciddi zərbə vuracağı kritik saylara yenidən çatırıqsa, əlbəttə ki, əvvəlki vəziyyətdə olduğu kimi, şura 16 yanvar tarixindən sonra istifadə edilə biləcək mexanizmləri müzakirə edəcəkdir. Önümüzdəki iki həftə ərzində epidemioloji vəziyyəti görməli və izləməliyik", - dedi Qabunia.

Bizimlə əlaqə saxlayın