Kutaisidə Tabukaşvili küçəsində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğın taxta emalatxanasında başlayıb.
Yanğın-xilasetmə xidmətinin 7 heyəti hadisə yerinə cəlb olunub. Yanğın söndürmə işləri davam etdirilir.
lkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
Hazırda yanğının səbəbləri məlum deyil.


