Tamar Qabunia: "Ticarət mərkəzlərində qaydalara yaxşı əməl olundu, bununla əlaqəli risklər minimaldır"
"Artan hərəkətlilik koronavirus hallarının artmasına bağlanır. Koronavirus hallarında yanvar ayının ortalarına qədər bir qədər artım olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia söyləyib.
Onun sözlərinə görə, son üç gün ərzində yoluxma hallarının aşağı olması testlərin xeyli azaldılması ilə əlaqədardır.
Eyni zamanda, Qabunia ticarət mərkəzlərində qaydalara yaxşı əməl olunduğunu və bununla əlaqəli risklərin minimal olduğunu qeyd edib.
"Əlbəttə, hərəkətliliyin artacağını gözləyirdik və bildiyiniz kimi hərəkətlilik birbaşa epidemiyanın artması, koronavirus halları ilə əlaqəlidir. Bir qədər artım bir-iki həftə sonra gözlənilir, yanvarın ortalarında son günlərdə yaşadığımızla müqayisədə artım olacaq. Son üç gündə halların aşağı nisbətdə olması, testlərin azaldılması ilə bağlı idi, testlərin sayı üç ilə dörd min arasında idi. Bu həftə test nöqtələrində onsuz da yüksək aktivlik müşahidə olunur, bir çox vətəndaş bu nöqtələrə müraciət edir və aşkarlama müəyyən dərəcədə artacaq, ancaq bunun əslində real bir artım olduğu anlamına gəlmir, bu da aktiv qonaqlıq və ya mağazalardakı aktivliklə əlaqəli ola bilər, yaxşı idi ki, ticarət mərkəzlərində qaydalara yaxşı əməl olundu, bununla əlaqəli risklər minimaldır. Ancaq əlbətdə ki, maska taxmamağımız və ailələri ziyarət edərkən məsafəmizi qorumamaq müəyyən dərəcədə infeksiyanın yayılma mənbəyinə çevrilməsinə səbəb ola bilər",- dedi Qabunia.


