04 
Yan
2021
20:33
1944

Jurnalist olmaq istəyənlər, ekrana (monitora) yaxın əyləşin!

“Jurnalist olmaq üçün mütləq təhsil almalıyam!”, “Yaxşı yaza bilmirəm axı, necə jurnalist ola bilərəm?”, “Bu sahəyə çox həvəsim var, amma necə öyrənim?”.

Sizi bu suallardan və narahatlıqlardan xilas edib, jurnalist olmaq arzunuzu sadəcə 6 ayda gerçəkləşdirmək üçün onlayn kurslara başlayırıq.

6 aylıq kurs müddətində iştirakçılar aşağdakı qeyd edilən sahələr üzrə həm nəzəri biliklər əldə edəcək, həm də bu bilikləri praktikda tətbiq edə biləcək. Belə ki, kurs iştirakçılarının nəzəri biliklərini praktik tapşırıqlarla təkmillləşdirmələrinə imkan yaratmaq üçün Gürcüstanının ən çox oxunan azərbaycandilli medialarından olan İnterpress.ge saytı ilə əməkdaşlıq nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində tələbələrin praktik tapşırıqlar zamanı hazırladıqları materiallar öz imzaları ilə İnterpress.ge saytında yayımlanacaq.

Dərslər zamanı həmçinin televiziya və radioada çalışan aktiv jurnalistlər də qonağınmız olacaq və öz təcrübələrini bölüşəcək.

Kurs zamanı tədris ediləcək mövzular:

Jurnalistika barədə ilkin anlayışlar

Xəbər nədir, necə yazılır?

Redaktənin əsasları

TV jurnalistikası

Radio jurnalistikası

Rəqəmsal media nədir?

Foto –jurnalistika

Müasir dövrdə video reportajların hazırlanma qaydaları

Həll jurnalistikası

Araşdırma jurnalistikası

Data jurnalistika

Media etikası

Media və sosial media

Kurs uzun illərdir media sahəsində çalışan və hazırda Azərbaycanda çalışan 2 jurnalist tərəfindən tədris ediləcək.

Kursun qiyməti və digər məsələlər ilə bağlı [email protected] mail ünvanından məlumat ala və kursda iştirakla bağlı müraciət istəklərini həmin mailə göndərə bilərsiniz.

Eyni zamanda WhatsApp vasitəsilə də müraciət edə bilərsiniz: +994515024323

Bizimlə əlaqə saxlayın