04 
Yan
2021
20:22
2174

Ağır yol qəzası nəticəsində 1 nəfər öldü, 2 nəfər yaralandı

Lagodexi Bələdiyyəsinin Niniqori kəndində baş verən avtomobil qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, "Opel" və "Mercedes" markalı avtomobillər bir-biri ilə toqquşub.

Yaralılar təcili yardım briqadası tərəfindən Lagodexidəki Arximedes klinikasına aparılıb. Həddindən artıq sürət avtomobil qəzasının ehtimal olunan səbəbi kimi göstərilir.

Polis və ekspert-kriminalistlər hadisə yerinə cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər