InterPress.ge xəbər verir ki, 65 yaşındakı kişinin ov tüfəngindən çoxsaylı yaraları var.
Məlumata görə, əmi ilə qardaş oğlu arasındakı şifahi qarşıdurma fiziki qarşıdurmaya çevrilib və bu zaman 23 yaşlı oğlan əmisinin qarın nahiyəsinə atəş açıb.
Gənc oğlan ehtimala görə, sərxoş vəziyyətdə olub.
Təcili yardım briqadası yaralıyı "Klinika Rustavi" yə çatdırıb.
Klinikanın təcili yardım şöbəsinin növbətçi həkimi Lali Ğirsiaşvilinin verdiyi məlumata görə, xəstənin sağlamlıq vəziyyəti kritikdir.
Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.
