Polis cinayət törədən şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları isti təqib ilə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü J.M-nı qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.
Agentliyin verdiyi məlumata görə, istintaq, şübhəlinin Batumidə, Fridon Xalvaşi prospektində, Xəyallar şəhəri adlanan ərazidə mübahisə nəticəsində iki kişi - 1977-ci il təvəllüdlü Q.B. və 1993-cü il təvəllüdlü Q.A-nı soyuq silahdan istifadə edərək yaralayıb və hadisə yerindən qaçıb. Yaralanan Q.B. xəstəxanaya aparılmazdan əvvəl ölüb, Q.A-ya isə həkimlər müvafiq tibbi yardım göstəriblər.
“Polis cinayətin silahını - sübut kimi bıçağı götürdü. Qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma faktları Cinayət Məcəlləsinin 108 və 117-ci maddələri ilə araşdırılır. Cinayətlərdə 3 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur”,- deyə məlumatda bildirilib.


