04 
Yan
2021
08:28
446

Qabunia: "Yoluxma hallarında ciddi bir artım olmayacağını gözləyirik"

"Məhdudiyyətlərin yumuşaldılması dövründə ticarət obyektlərinin əksəriyyətində qaydalara riayət olunduğu üçün koronavirusa yoluxanların sayında artım olmamalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia söyləyib.

Onun jurnalistlərə verdiyi məlumata görə, 3 yanvar tarixindən 15 yanvaradək tətbiq olunan məhdudiyyətlərin məqsədi ölkədəki epidemioloji vəziyyəti sabitləşdirməkdir.

“3 yanvardan etibarən 24 dekabrdan əvvəlki kimi məhdudiyyətlər baxımından eyni vəziyyətə qayıtdıq, bu 15 yanvar tarixinə qədər davam edəcək. Əlbətdə ki, bütün bunlar yenidən stabilləşməyə nail olmaq və yoluxma hallarının sayını azaltmaq məqsədi daşıyır ki, bunun da məhdudiyyətlər və hərəkətlilik fonunda olduqca əhəmiyyətli bir təsir göstərdiyini açıq şəkildə göstərdi. İndi bu effektin qorunması vacibdir. 24-dən 2 yanvarda daxil olmaqla məhdudiyyətlərin yumuşaldılmasına gəldikdə, yaxşıdır ki, ticarət mərkəzlərində əksər hallarda qaydalara əməl olundu. Buna görə də yoluxma hallarında ciddi bir artım olmayacağını gözləyirik", - dedi Qabunia.

Bizimlə əlaqə saxlayın