Bu gündən etibarən hansı məhdudiyyətlər tətbiq olunur və hansı şəhərlərdə obyektlər bağlanır?
Bu gündən etibarən 15 yanvar tarixinə qədər ölkə daxilində tətillər elan edilir.
InterPress.ge xəbər verir ki, bu barədə qərar İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edib.
Daha əvvəl Gürcüstanın bütün ərazilərində 28 Noyabr - 24 Dekabr tarixləri arasında tətbiq olunan bütün məhdudiyyətlər bərpa edilir.
InterPress.ge-yə 144 qaynar xəttindən verilən məlumata görə, aşağıda göstərilən məhdudiyyətlər böyük şəhərlərə şamil edilir. Digər kiçik şəhərlərdə hər şey əvvəlki qaydada olacaq.
Bu gündən ticarət obyektləri yalnız distant rejimdə işləyir. Distant işləmək yemək, heyvan qidası, aptek, baytarlıq aptekləri, məişət kimyəvi maddələr və gigiyena mağazalarına, habelə mətbuat kabinələrinə şamil olunmur. Eyni zamanda, banklar və strateji əhəmiyyəti olan obyektlər, çatdırılma xidməti, gözəllik salonları, avtoservis, məişət texnikasının təmiri mərkəzləri fəaliyyətlərini davam etdirəcəklər.
Şuranın qərarına əsasən, böyük şəhərlərdə açıq və qapalı bazarlar da işləməyəcək.
Bununla birlikdə, 3-15 yanvar tarixləri arasında ölkə daxilində tətillər elan edilir. Bütün Gürcüstanda Dövlət qurumlar çalışmayacaq.
31 dekabr gecəsi istisna olaraq ləğv edilən Yeni il üçün hərəkət məhdudiyyətləri hələ də qüvvədədir. Ölkə daxilində saat 21: 00-dan 05: 00-dək insanların həm piyada, həm nəqliyyatda hərəkəti məhdudlaşdırılır.


