03 
Yan
2021
11:18
1444

Ölkədə koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 417 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, Gürcüstan Baş nazirinin mətbuat xidməti bu barədə məlumat yayır.

Bununla da ölkədə virusa yoluxanların sayı 229 169 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 469 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 220 442 nəfər təşkil edib.

Qeyd edək ki, bu gün koronavirusdan daha 31 nəfər ölüb və ölənlərin ümumi sayı 2 603 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın