02 
Yan
2021
11:23
1881

Yeni ilin ilk günündən sonra Gürcüstanda koronavirusa yoluxma hallarında rekord azalma müşahidə olundu

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 342 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, Gürcüstan Baş nazirinin mətbuat xidməti bu barədə məlumat yayır.

Bununla da ölkədə virusa yoluxanların sayı 228 752 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 981 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 217 973 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 44 nəfər ölüb və ölənlərin ümumi sayı 2572 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 3288 test aparılmışdır. Bunlardan 1,449-u sürətli antigen testi, 1,839-u isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın