Avtomobil qəzası nəticəsində iki nəfər gənc öldü, ikisi isə ağır yaralandı.
InterPress.ge xəbər verir ki, Qurcaani Bələdiyyəsinin Kaçreti kəndində avtomobil elektrik dirəyinə çırpılıb.
Toqquşma o qədər güclü olub ki, on birinci sinif şagirdi iki qız hadisə yerindəcə ölüb. Yaralılar təcili yardım briqadası tərəfindən Qurcaani Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Həkimlərin sözlərinə görə, gənclər çoxsaylı xəsarət alıblar. Qəzanın ehtimal olunan səbəbi yüksək sürətdir.
