Oğlunu qətlə yetirən qadın saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Samçxe-Cavaxetiya Polis İdarəsinin əməkdaşları isti təqib ilə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü T.P-nı Borjomidə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
“İstintaq təqsirləndirilən qadının oğluna - 1979-cu il təvəllüdlü İ.P-yə, evlərində mübahisə zəminində, soyuq silahdan istifadə edərək ölümcül xəsarət yetirdiyini müəyyənləşdirdi. Yaralı hadisə yerindəcə öldü. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin silahını - bıçağı sübut kimi götürüblər.
Ağırlaşdırıcı şərtlərdə ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin "v" bəndinə əsasən aparılır.
Cinayətdə 13 ildən 17 ilədək həbs cəzası nəzərdə tutulur", - deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.


