İmnadze Gürcüstanda yeni növ koronavirusun olub-olmadığına açıqlama verdi
"Gürcüstanda yeni koronavirus növünün olub olmadığı maksimum birisigün bilinəcək,şübhəli nümunələrin analizi hələ də davam edir".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze dünən "Palitranius" un "360 dərəcə" poqramında söyləyib.
"Genetik ardıcıllıq artıq başlamışdır, genetik analiz, maşın hələ də işləyir, gecə də, sabah da işinə davam edəcək və birisigün, ehtimal ki, şübhəli dediyimiz bir neçə halların cavabı bilinəcək. Genetik ardıcıllıq bizdə müəyyənləşdirilir və ölkəmizdə yeni növün olub-olmadığına dair cavabı maksimum birisigün görəcəyik.
Qalanları, özünümüdafiə vasitələri, inanın, eynidir, məsafənin qorunması və maska”,- dedi Paata Imnadze.
Onun sözlərinə görə, Yeni il ərəfəsi heç bir iğtişaş və təhlükəli toplantı olmadan başa çatarsa, virusun yayılması istiqamətində kifayət qədər müsbət dinamika mövcuddur.
"Proqnozlaşdırdığımız kimi, xəstəliyin yayılma dinamikası, Yeni il ərəfəsi ümidlərimizi boşa çıxartmasa olduqca ümidverici ola bilər. Gördüyüm qədəri ilə və sahib olduğum məlumatlara əsasən, ticarət mərkəzlərində məsafənin qorunması və maska istifadəsi mövcuddur var. Ticarət mərkəzlərindən və müxtəlif satış nöqtələrindən çox fəsad gözləməməliyik, amma Yeni il gecəsi məni çox qorxudur, bu dövrü necə keçirəcəyik. Bütün proqnozlar onu göstərir ki, yanvarın ikinci yarısında vəziyyəti yaxşı idarə etməliyik",- dedi İmnadze.


