29 
Dek
2020
18:11
1289

Marneulidə Azərbaycan Resbublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tədbir keçirildi - FOTO/VİDEO

Marneulidə yerləşən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Azərbaycan Resbublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünya azərbaycanlılarının həmrəylik və Yeni il münasibəti ilə tədbir keçirildi.

InterPress.ge xəbər verir ki, tədbir çərivəsində Marneulinin Xocorni kəndinin məktbə şagirdlərinə və müəllimlərinə hədiyyələr təqdim olunub. Yeni il hədiyyəsi olaraq müəllimlərə və şəgirdlərə pul və Yeni il bağlaması təqdim olunub.

Tədbir zamanı məktəb müəllimlər bu diqqət və qayğı üçün Azərbaycan dövlətinə və Prezidentinə dərin təşəkkürlərini bildiriblər.

“Azərbaycan dövlətinə dərin minnətrarlığımı bildirirəm! Baxmayaraq ki, çox uzaqda yaşayırıq, hər zaman qəlbimiz Azərbaycanla döyünüb. Bir daha mən Azərbaycan dövlətinə və Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, biz çox uzaqdayıq, bizləri xatırlamaq, bizim əzizlərimizi xatırlamaq bizim üçün çox böyük bir nəticədir”, - deyə Anar Şərifov (müəllim) qeyd edib.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin drektoru Rafiq Hümmət bu tədbiri üçün Azərbaycan Resbublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşşəkür edib.

Daha ətraflı videosujetdə:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər