10 
Mar
2020
19:06
3286

Marneulidə Novruz Bayramı ləğv edildi

Marneulidə Novruz bayramı münasibətilə keçirilməsi planlaşdırılan şənlik ləğv olunub.

InterPress.ge xəbər verir ki, bu haqda bəyanat Marneuli meriyasının rəsmi facebook səhifəsində yazılıb.

Meriya tərəfindən yayılan müvafiq bəyanatda qeyd olunur ki, Marneuli ilə yanaşı bütün Kvemo Kartili regionunda tədbirlər ləğv olunub.

"Hökumətin İdarələrarası Koordinasiya Şurasının tövsiyəsinə əsasən, Kvemo Kartlinin dövlət qəyyumunun və bölgə üzrə mövcud olan munisipalitetlərin idarələrində, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə, vətəndaşların qəbulu dayandırıldı və bu ay, ənənəvi olaraq qeyd olunan - "Novruz Bayramı"-da daxil olmaqla izdihamlı tədbirlər ləğv edildi. Sakinlər, dövlət qurumlarından telefon və e-poçt vasitəsilə məlumat ala biləcəklər" - bəyanatda deyilir.

Marneuli sakinlər, dövlət qurumlarından aşağıdakı telefon və e-poçt vasitəsilə məlumat ala bilərlər:

Qaynar xətt: (0357) 22 33 21;

Məlumat xətti: 591 95 95 09

E-poçt: [email protected]

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər