29 
Dek
2020
11:53
1451

Kimlər üçün elektirik enerjisinin qiyməti bahalaşmayacaq? - Baş nazir izah etdi

"2021-ci il ərzində Gürcüstan vətəndaşları elektrik enerjisi tariflərinin artacağını hiss etməyəcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria brifinqdə bildirdi.

Onun sözlərinə görə, hökumət elektrik və su üçün artan tariflə indiki tarif arasındakı fərqi ödəməyə qərar verib.

Qaxarianın dediyinə görə, dövlət 300 kilovattadək elektrik enerjisi istehlak edənlər üçün tariflər arasındakı fərqi subsidiyalaşdıracaq.

“Bildiyiniz kimi, hazırda Enerji və Su Tənzimləmə Komissiyasının iclası davam edir, bunun nəticəsində həm Gürcüstan hökuməti, həm də ekspertlər icması tarifin artacağını gözləyir. Bunun obyektiv izahı var. Bildiyiniz kimi, 2017-ci ildə metodologiya dəyişdirildi və tarif üç il müddətinə dəyişdirilmədi. Hər kəs elektrik və su tariflərində bir artımın gözlənildiyini başa düşür, ancaq su məsələsində Tbilisi, Rustavi və Mçxetadan danışırıq.

Hamınız yaxşı xatırlayırsınız ki, hələ yazda vətəndaşlar üçün kommunal xərclərə subsidiya verməyə başladıq. Bu, elektrik enerjisi, qaz, suya tətbiq olunur və bu cür subsidiyalar noyabr ayından başlayaraq bu gün də qüvvədədir. Bu subsidiya 1.200.000 abunəçiyə təsir etdi, bu da 1.200.000 ailə deməkdir. Bütün bunları iqtisadi böhran şəraitində vətəndaşlarımızın sosial dayanıqlılığını təmin etmək üçün dövlətin resursları ilə bacardıq.

Hətta obyektiv səbəblərdən elektrik enerjisi tariflərində artım olduğu zaman, hökumətin cavab verməsi bizim üçün yeni bir çağırışdır. Bunu çox yaxşı başa düşürük. Tarif artımının nə qədər olacağını bilmirik, baxmayaraq ki, bu Gürcüstan Milli Enerji Tənzimləmə Kommisiyasının səlahiyyətinə aiddir, komandada müzakirə apardıq və bu anda mümkün olan və əsaslandırılmış qərarı verdik - Gürcüstan vətəndaşları 2021-ci ilə qədər elektrik enerjisi tariflərinin artacağını hiss etməyəcəklər. Bu o deməkdir ki, Gürcüstan hökuməti 300 kilovattadək abunəçilər üçün mövcud tariflə bu gün komissiya tərəfindən müəyyən ediləcək artırılmış tarif arasındakı fərqi tamamilə subsidiyalaşdıracaq",- dedi Baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər