Tbilisi aeroportunun sərnişin dövriyyəsi 20% azalıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstanın hava limanları 597 506 sərnişinə xidmət göstərib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birləşmiş Hava Limanları Birliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır.
Hesabat dövründə ölkənin hava limanlarında 2 923 reys həyata keçirilib ki, bu da 1 il əvvələ nisbətən 11% azdır.
Yanvar-fevralda Tbilisi beynəlxalq hava limanından başqa bütün beynəlxalq və yerli aeroportlarda sərnişinlərin sayında artım qeydə alınıb. İki ay ərzində Tbilisi aeroportunda 399 557 sərnişinə xidmət göstərilib ki, bu da illik müqayisədə 19% azdır. Hava limanından həyata keçirilən reyslərin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23% azalaraq 2 081 təşkil edib.
Gürcüstanın aeroportlarında sərnişin axınında azalmaya əsas səbəb Rusiya ilə birbaşa aviauçuşların dayandırılması, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Çin və İrana uçuşların müvəqqəti dayandırılmasıdır.(report)