Gürcüstanda tam kilidləmə olacaq? - Mərkəz rəhbərinin müavini açıqlama verdi
"Koronavirus səbəbindən avtomobillə hərəkətin müvəqqəti dayandırılmasını və tam kilidləmə elan edilməsini təsdiqləmirəm".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata İmandze söyləyib.
İmnadzenin söylədiyinə görə, bu cür məlumatlar sadəcə bir şayiədir.
Eyni zamanda, Paata Imnadze bütün məhdudiyyətlərin əvvəlcədən yazılmış iki aylıq plana uyğun olaraq həyata keçiriləcəyini bildirib.
“Belə bir şey müzakirə edilmir, şayiələr yayılır və bütün bunlar doğru deyil. Təəssüf ki, ölkədə şayiələr yaymaqla məşğul olan bir çox insan var və belə bir prinsip var; nə qədər pis o qədər yaxşı. Oxşar heç bir şey müzakirə edilmir. Başlanğıcda nə elan edilmişdisə, onlar da müzakirə olunur, söhbət iki aylıq plandan gedir. Hər şey bu plana uyğun olaraq ediləcək",- dedi İmnadze.


