10 
Mar
2020
14:22
1086

Gürcüstan parlamentinin deputatı özündə koronavirus olmasından şübhələndi - Səbəb?

Gürcüstan parlamentinin deputatı Otar Danelia dünən martın 19-dək özünü təcrid etmək qərarına gəldiyini bildirmişdi.

InterPress.ge xəbər verir ki, bu barədə millət vəkili öz Facebook səhifəsində yazıb.

Belə ki, test nəticələrindən sonra məlum oldu ki, Otar Danelia-da koronavirus yoxdur.

Millət vəkili iş səyahətindən İstanbul vasitəsi ilə gələrkən təyyarənin göyərtəsində olan sərnişinlərdən birində koronavirusun təsdiqləndiyi bildirib. Buna görədə o bir müddət karantində olmaq istəyib.

Gürcüstanlı deputatlar arasında koronavirus ilə yoluxma hallarının olmaması barədə Parlamentin sədri Arçil Talakvadze də açıqlama verib. O, binanın dezinfeksiya üçün tədbirlər gördüyünü bildirib.

“Səhiyyə xidmətinin bütün tövsiyələrinə əməl etdik. Gələcəkdə deputatlardan birində virus riski olars, əlbəttə ki, təlimatlara uyğun hərəkət edəcəyik " - deyə Talakvadze bildirib.

Qeyd edək ki, hazırda parlament deputatı Otar Danelia təcrid vəziyyətindədir.

Bizimlə əlaqə saxlayın