—

Milli Qvardiya 30 illik yubileyini qeyd edir

1,359
Milli Qvardiya 30 illik yubileyini qeyd edir
Dinləmək üçün basın

Gürcüstan Müdafiə Qüvvələrinin ilk bölməsinin - Milli Qvardiyanın yaradılmasından 30 il ötür.

Gürcüstan Müdafiə Qüvvələrinin ilk bölməsinin - Milli Qvardiyanın yaradılmasından 30 il ötür.

InterPress.ge xəbər verir ki Milli Qvardiyanın rəisi, polkovnik Roman Goxadze şəxsi heyəti və veteran mühafizəçiləri təbrik edib.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, o, Qvardiyanın Gürcüstanın bütövlüyünə həsr olunmuş abidəsi önünə əklil qoyub və xatirəsini bir dəqiqəlik sükutla yad edib.

“Gürcüstan Milli Qvardiyası 20 dekabr 1990-cı ildə yaradıldı. O, Gürcüstan Müdafiə Qüvvələrinin yaradıldığı və inkişaf etdirildiyi ilk hərbi birləşmə idi. Milli Qvardiyanın nümayəndələri Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edirdilər. Mühafizəçilər qlobal təhlükəsizliyin təmin olunmasında da iştirak edirlər. Milli Qvardiya hazırda Mərkəzi Afrika Respublikasında Aİ rəhbərliyindəki hərbi təlim missiyasında altıncı rotasiyanı həyata keçirir. Gürcüstan Milli Qvardiyası ABŞ-ın Gürcüstan Milli Qvardiyası, Estoniya Müdafiə Liqası, Danimarka və Norveç Krallığının Daxili Mühafizəsi, Litvanın Milli Müdafiə Könüllü Qüvvələri, Latviya və Ukrayna Milli Qvardiyası ilə fəal şəkildə əməkdaşlıq edir",- deyə məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →