Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
InterPress.ge xəbər verir ki, Mariya Zaxarova Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili arasında noyabrın 19-da Minskdə keçirilən görüşə münasibət bildirib.
Onun sözlərinə görə, tərəflər arasında bu formatda danışıqlar Rusiya ilə Gürcüstan münasibətlərinin gələcək inkişafı maraqları çərçivəsində davam etdiriləcək.
“Diplomatik münasibətlərin bərpası perspektivlərinə gəlincə, Gürcüstan tərəfi belə bir təşəbbüslə çıxış etməyib”, – Zaxarova qeyd edib.
