“Poniçalada baş verən faciə nəticəsində 28 ailə yaşayış evindən məhrum olub. Bu səbəbdən həyat yoldaşımla birlikdə həmin ailələrə mənzil alaraq təhvil vermək qərarına gəldik”.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili və həyat yoldaşı Ekaterina İvanişvilinin başsağlığı məktubunda qeyd olunub. Bidzina və Ekaterina İvanişvililər Poniçalada baş verən, 6 nəfərin həyatına son qoyan faciə ilə bağlı dərin hüznlərini ifadə edərək, həlak olanların ailələrinə və bütün Gürcüstana başsağlığı veriblər. Onlar bu böyük ağrını bölüşdüklərini bildiriblər.
“Poniçalada 6 nəfərin həyatına son qoyan faciə ilə bağlı dərin hüznümüzü ifadə edirik. Həlak olanların ailələrinə və bütün Gürcüstana bu böyük ağrıya görə başsağlığı veririk. Baş vermiş bədbəxt hadisə nəticəsində 28 ailə yaşayış evindən məhrum olub. Bu səbəbdən həyat yoldaşımla birlikdə həmin ailələrə mənzil alaraq təhvil vermək qərarına gəldik. Bu, böyük faciə nəticəsində zərər çəkənlərə göstərmək istədiyimiz kiçik dəstəkdir. Bir daha bütün Gürcüstana başsağlığı veririk”, – Bidzina və Ekaterina İvanişvililər bildiriblər.
Məlumatı “Gürcü Arzusu” sosial şəbəkədə yayıb.
Poniçalada noyabrın 19-da baş verən faciə nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar klinikada qalırlar. Hadisə yerində müvafiq xidmətlər hələ də səfərbər olunub. 15 saat davam edən fasiləsiz axtarış-xilasetmə əməliyyatı gecə saatlarında başa çatıb, istintaq tədbirləri isə hazırda davam edir.
