—

Ova çıxan ata səhvən öz oğlunu güllələdi

1,931
Ova çıxan ata səhvən öz oğlunu güllələdi
Dinləmək üçün basın

ABŞ-ın Ohayo ştatındakı Eliria şəhərində yaşayan ovçu 28 yaşlı oğlunu maralla qarışdıraraq səhvən öldürüb.

ABŞ-ın Ohayo ştatındakı Eliria şəhərində yaşayan ovçu 28 yaşlı oğlunu maralla qarışdıraraq səhvən öldürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı The Columbus Dispatch yayır.

Məlumata görə, 63 yaşlı Bradley Smith oğlu Andrews və dostları ilə birlikdə maral ovuna çıxıb. Kişilər təcrübəli ovçular olublar və son 20 ildə mütəmadi olaraq ova çıxırmışlar.

Hadisə yerli vaxtla 17:45 radələrində baş verib. Alaqaranlıqda ovçular narıncı ov geyimlərini geyinərək ova çıxıblar. Andrew ov paltarını geyinməyi unudub və atası təsadüfən ona tərəf atəş açıb. Andrew yerindəcə ölüb.

Mərhumun atasına qarşı ittiham irəli sürülməyib. Çünki Andrew ova çıxarkən təhlükəsizlik qaydalarını pozub və xüsusi geyimi geyinməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →