—

İtaliyada uşağın keçənilki analizlərində koronavirus aşkar etdilər

402
İtaliyada uşağın keçənilki analizlərində koronavirus aşkar etdilər
Dinləmək üçün basın

İtaliyalı alimlər qızılca şübhəsi olan bir uşağın analizlərində koronavirus RNT-si aşkar ediblər.

İtaliyalı alimlər qızılca şübhəsi olan bir uşağın analizlərində koronavirus RNT-si aşkar ediblər.

InterPress.ge REN TV-yə istinadən xəbər verir ki, ondan analizlər keçən ilin noyabrında götürülüb.

Virusun İtaliyada 2020-ci ilin fevralında ortaya çıxdığına görə bu kəşf COVID-19-un Avropada yayılma versiyasını tamamilə rədd edir.

İtaliyada ilk COVID-19 hadisəsi 21 fevralda Lombardiyada üzə çıxıb.

Ancaq son zamanlarda ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytına görə SARS-CoV-2-nin İtaliyada daha əvvəl ortaya çıxdığına dair daha çox məlumatlar yayılsa da, buna vaxtında fikir verilməyib.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, keçən il payız aylarının sonunda Milanda qızılca şübhəsi olan xəstələrin test nəticələri müsbət çıxıb. Hər ehtimala qarşı koronavirus hissəciklərinin tərkibi yoxlanılıb. Nümunələrdən birinin Uhan SARS-CoV-2 RNT-si olduğu aşkarlanıb.

Koronavirusun izləri noyabrın 21-də öskürək və burun axıntısı şikayətləri ilə həkimlərə müraciət edən dörd yaşlı bir uşağın analizlərində tapılıb. O, bir həftə sonra tənəffüs simptomları və qusma ilə reanimasiyaya müraciət edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →