—

Qlobal istiləşməyə görə dünyada insanlar arasında ölümcül xəstəlik yayılmağa başlayıb

649
Qlobal istiləşməyə görə dünyada insanlar arasında ölümcül xəstəlik yayılmağa başlayıb
Dinləmək üçün basın

Braziliyada dərmana davamlı ölümcül “Candida auris” xəstəliyinə ilk yoluxma hadisəsi qeydə alınıb.

Braziliyada dərmana davamlı ölümcül “Candida auris” xəstəliyinə ilk yoluxma hadisəsi qeydə alınıb.

InterPress.ge məlumat verir ki, bu barədə “RİA Novosti” Braziliyanın sanitar tənzimləyicisi “Anvisa”ya istinadən xəbər verir.

“Göbələk Baiya ştatındakı xəstəxanada yetkinlər üçün reanimasiya şöbəsinə yerləşdirilən xəstədən götürülən nümunədə müəyyən edilib”, - deyə bildirilib.

Tədqiqatın nəticəsi iki laboratoriyada təsdiqlənib.

“Candida auris” ştammları üç əsas göbələkəleyhinə dərmana (polyenes, azoles və echinocandins), həmçinin dezinfeksiyaedicilərə qarşı davamlıdır. Bundan əlavə, göbələk digər xəstəliklərlə müşaiyət edildikdə qan dövranı yoluxmaları da daxil olmaqla infeksiyalara səbəb olur ki, bu da ölümlə nəticələnir.

2019-cu ildə ABŞ və Niderlanddan olan bir qrup alim “Candida auris” supergöbələyin Yer üzünə yayılmasına qlobal istiləşmənin səbəb olduğunu bildirib. Göbələklər ümumiyyətlə insan bədən istiliyində çoxala bilməməsinə baxmayaraq, qlobal istiləşmə sayəsində “Candida auris” uyğunlaşıb və artıq 37 dərəcə temperaturda həyatda qalmağı bacarır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →