InterPress.ge xəbər verir ki, mərkəzin binası müasir tələblərə uyğun layihələndirilib, lazımı avadanlıqlar və texnika ilə təchiz olunub.
Açılış mərasimində Səhiyyə nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Aftandil Talakvadze, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Qardabani bələdiyyəsinin meri Ramaz Budaqaşvili, parlamentin üzvü Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.



