Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı bəyanatı yayıb.
InterPress.ge xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında partlayış nəticəsində yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduqlarını bildirib.
“ Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışdan dərindən kədərlənirik.
Yaxınlarını itirən ailələrə səmimi başsağlığı veririk. Düşüncələrimiz bu faciədən zərər çəkən hər kəslədir.
Yaralananlara tezliklə və tam sağalmalarını arzulayırıq”, — bəyanatda qeyd olunub.
